• cümə axşamı, 28 mart, 13:58
  • Baku Bakı 16°C

Susay–Xınalıq avtomobil yolunun tikintisinə 20,1 milyon manat ayrılıb

14.09.20 15:07 560
Susay–Xınalıq avtomobil yolunun tikintisinə 20,1 milyon manat ayrılıb
Prezident İlham Əliyev sentyabrın 14-də "Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
banner

Oxşar Xəbərlər