• cümə, 19 Aprel, 14:44
  • Baku Bakı 25°C

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - Video

14.02.21 09:45 709
Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - Video
Şuşa şəhərində Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artistinin evinin ilkin bərpa layihəsi hazırlanıb.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.
Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovŞuşa şəhərindəqiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olub.
banner

Oxşar Xəbərlər