Şuşada beşmərtəbəli binada yanğın olub
Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi70 m²olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.
APAFHN-in saytına istinadən xəbər verir ki, qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.