AZE | RUS | ENG |

Sürüşmədən sonra Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

Sürüşmədən sonra Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb
"Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”. 
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 
 
O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: "Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir”.   
 
Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: "Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın”. 
 
Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: "Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb”. 
 
Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001