• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

Sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçilib

13.10.18 15:38 305
Sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçilib
Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.
Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.
Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.
banner

Oxşar Xəbərlər