• cümə, 19 Aprel, 03:49
  • Baku Bakı 18°C

Sürüşən torpaq qatı asfaltın üstünə qədər gəlib

13.10.18 10:08 322
Sürüşən torpaq qatı asfaltın üstünə qədər gəlib
Bakı şəhərinin Səbail rayonunda, Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.
İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.
Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.
banner

Oxşar Xəbərlər