AZE | RUS | ENG |


Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı

Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi martın 4-də paytaxtın Ziya Bünyadov prospektində yol polisi ilə mübahisəsi nəticəsində sürücü Əsgər Muradovun ölməsilə bağlı yayılmış video barədə araşdırmalara başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov deyib ki, təmsil etdiyi qurum artıq həmin hadisə ilə bağlı ciddi araşdırmalar aparır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, martın 4 -də paytaxtın Ziya Bünyadov prospektində 1961-ci il təvəllüdlü, Rusiya vətəndaşı Əsgər Muradovun idarə etdiyi "Nissan" markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Qohumlarının açıqlamasına görə, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub. İddiaya görə, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus "267" seriyalı avtomobildə olan yol polisi sürücünü "avtoşluq"da ittiham edib və aralarında mübahisə yaranıb. Nəticədə Ə.Muradov hadisə yerində ölüb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022