• cümə, 26 Aprel, 21:43
  • Baku Bakı 22°C

Sürücülük vəsiqənizi korlamısınız? Narahat olmayın!

24.09.13 11:42 2084
Sürücülük vəsiqənizi korlamısınız? Narahat olmayın!
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, 35 maddənin XII - “qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər qanunvericili ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar” hissəsində “qəsdən korlanmasında” sözlərinin çıxarılması nəzərdə tutulur.
Dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
banner

Oxşar Xəbərlər