• cümə axşamı, 25 aprel, 09:34
  • Baku Bakı 14°C

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yeni rüsumlar tətbiq ediləcək

17.07.18 16:02 335
Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yeni rüsumlar tətbiq ediləcək
Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.
Trend-in məlumatına görə, bu barədə məsələ "Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə "18” rəqəmi "25” rəqəmi ilə əvəz edilib. Bununla da sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 18 manatdan 25 manata qaldırılıb.
Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər