• cümə, 29 Mart, 06:16
  • Baku Bakı 5°C

Sürücülərin nəzərinə: Tarif Şurası yeni qiymətlər müəyyənləşdirdi

05.04.16 19:31 693
Sürücülərin nəzərinə: Tarif Şurası yeni qiymətlər müəyyənləşdirdi
Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib.
Lent.az şuraya istinadən xəbər verir ki, iclasda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması ilə bağlı tariflər də müəyyənləşdirilib. Belə ki, nəqliyyat vasitəsinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər sabahdan qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər