• şənbə, 20 Aprel, 03:35
  • Baku Bakı 15°C

Sürücülərə şad xəbər: bal həddi 20-yə qaldırıldı

23.04.14 13:05 1031
Sürücülərə şad xəbər: bal həddi 20-yə qaldırıldı
Azərbaycanda avtomobildən istifadə hüququnu məhdudlaşdıran balın minimum həddi 12-dən 20-yə qaldırılır
Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
Hazırda bu rəqəm 12-dir.
Layihə Milli Məclisin plenar cilasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər