• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Sürücülərə ağır xəbər: siqnala görə 800 manat cərimə!

22.11.13 15:47 1292
Sürücülərə ağır xəbər: siqnala görə 800 manat cərimə!
Avtomobillərin səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırılır. Lent.az-ın Hüquq.TV-yə istinadən verdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə görə tətbiq olunan inzibati cəzalar 10 dəfəyədək artırılır. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edəcək. Belə ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.
İndiyə qədər bu cəzalar 80 manatdan 100 manata qədər olub.
Layihə Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə daxil olub.
banner

Oxşar Xəbərlər