• cümə axşamı, 18 aprel, 18:07
  • Baku Bakı 21°C

Sürücü və sərnişinlər arasında münaqişələr yekunlaşır? - Video

22.05.18 11:15 417
Sürücü və sərnişinlər arasında münaqişələr yekunlaşır? - Video
İctimai nəqliyyatda sürücü və sərnişinlər arasında münaqişələrə, problemlərə hələ də rast gəlinir. Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, sükan sahibləri bu məsələdə sərnişinləri, sərnişinlər isə qarşı tərəfi günahlandırırlar. Sürücülərin əsas şikayəti sərnişinlərin dayanacaqdan kənarda düşmək istəkləri, kobud rəftarları ilə bağlıdır. Öz növbəsində, sərnişinlər üçün bəzi sürücülərin avtobusu sürətli idarə etmələri, yaşlılara qarşı hörmətsiz rəftarları, onlarla kobud danışmaları mənfi hal kimi qəbul edilir. Xoşbəxtlikdən ictimai nəqliyyatdakı sürücü və sərnişin münasibətlərindən razı olanlarda da var. Sorğumuzda iştirak edən bəzi sərnişinlər də sürücülərin nadir hallarda avtobusu təhlükəli şəkildə sürdüklərini, belə olduqda etirazlarını bildirərək məsələni həll etdiklərini bildirdilər. Araşdırmanın daha geniş forması süjetimizdə...
banner

Oxşar Xəbərlər