• cümə, 29 Mart, 19:48
  • Baku Bakı 14°C

Sürücü qadını can üstə qoyub qaçdı

12.11.13 16:51 1377
Sürücü qadını can üstə qoyub qaçdı
Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.
Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şirvan sakini Zərbəliyev Zaur Zakir oğlu idarə etdiyi “KİA” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı dayanacağa çırpıb.
Zərbənin təsirindən dayanacaq bütövlükdə yerindən qoparaq kənara düşüb. Həmin vaxt dayanacaqda avtobus gözləyən 50 yaşlı Salyan rayonu Yolüstü kənd sakini Dadaşova Fəridə Xudamədət qızı ağır bədən xəsarətləri alıb.
Yaralı bir müddət hadisə yerində qalıb. Sonradan əraziyə gələn Təcili Tibbi Yardım əməkdaşları qadını xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər.
Hadisənin baş verməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb. Lakin Z.Zərbəliyev sonradan Şirvan polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər