• şənbə, 27 Aprel, 00:28
  • Baku Bakı 14°C

Suriyadan Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

21.01.18 19:50 515
Suriyadan Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb
Bu günSuriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.
Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olansuriyalı mühacir isə ölüb.
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinəhavazərbələri endirib. Bu gün isə Türkiyə ordusuSuriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif AzadSuriyaordusunun hücumu başlayıb. AzadSuriyaOrdusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib.
banner

Oxşar Xəbərlər