• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

21.01.18 09:40 544
Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib
Türkiyənin Kilis əyalətiSuriyaərazisindən raket atəşinə tutulub.
APA-nın "Anadolu”-ya istinadən verdiyi məlumata görə, üç raket Kilis şəhərinin mərkəzinə düşüb. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Məlumata görə, zərbə nəticəsində bir neçə binaya ziyan dəyib. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-HavaQüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.
banner

Oxşar Xəbərlər