• cümə axşamı, 28 mart, 15:18
  • Baku Bakı 16°C

Suriyada Trampın hədələri sayəsində kimyəvi silah tətbiq edilmir

24.09.18 09:15 306
Suriyada Trampın hədələri sayəsində kimyəvi silah tətbiq edilmir
Heç kim Suriyada yenidən kimyəvi silahdan istifadə etmək istəmir.
Trend-in məlumatına görə, bu sözləri "CBS" telekanalına müsahibəsi zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
N.Heylinin sözlərinə görə, bu istəyin olmamasına səbəb ABŞ prezidenti Donald Trampın kimyəvi silah tətbiq olunduğu halda tədbirlər görməsi barədə hədələri olub.
ABŞ-ın Suriyata kimyəvi silahdan istifadə olunmamasından əmin olmaq istəyini bildirən daimi nümayəndə xatırladıb ki, ABŞ 2 dəfə kimyəvi maddələrin istifadəsi ilə edilən hücumlara cavab olaraq Suriyada hədəflərə zərbələr endirib: "Buna görə mən fikirləşirəm ki, Suriyada heç kim kimyəvi silah ilə yenə risk etmək istəmir, çünki prezidenti D.Tramp cavab tədbirləri görəcək".
N.Heyli vurğulayıb ki, ABŞ Suriyada İranın təsirinin azalmasını və İŞİD terror qruplaşması ilə mübarizə aparmağı özünə məqsəd qoyub.
banner

Oxşar Xəbərlər