• cümə axşamı, 28 mart, 20:04
  • Baku Bakı 13°C

Suriyada qaçqın düşərgələrində vəziyyət dözülməzdir

12.09.19 13:15 510
Suriyada qaçqın düşərgələrində vəziyyət dözülməzdir
Suriya ərazisində yerləşən Al-Hol qaçqın düşərgəsində vəziyyət dözülməz həddə çatıb. Qida çatışmazlığı və infeksiyalar bu il ərzində həmin düşərgədə 390 uşağın həyatına son qoyub.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat BMT-nin Suriyaya dair ən yeni hesabatında əksini tapıb. Cenevrədə BMT-nin İnsan Haqları Şurası tərəfindən təqdim olunan hesabatda qeyd edilir ki, düşərgədə vəziyyət insan ləyaqətinə yaraşmayacaq dərəcədə acınacaqlıdır.
Xüsusi araşdırma komissiyası tərəfindən hazırlanan və bu ilin ilk yarımilliyini əhatə edən hesabatda Suriyada terrorçulara qoşulmuş əcnəbilərin ailə üzvlərinin vətəndaşı olduqları ölkələrə geri aparılmasında ləngimələr də tənqid olunub. Komissiyanın rəhbəri Paulo Pinyeiro bildirib ki, terrorçu olduqlarına görə vətəndaşlıqdan məhrum edilmiş şəxslərin ailə üzvlərinə arxa çevirmək yolverilməzdir: "Valideynlərin vətəndaşlıqdan məhrum edilməsi onların övladları üçün mənfi nəticələrə səbəb olacaq. Eyni zamanda, uşaqların analarının müşayiəti olmadan vətənlərinə geri gətirilməsi də uşaq maraqları naminə hərəkət etmək prinsipi ilə ziddiyyət təşkil edir”.
Qeyd edilməlidir ki, bir sıra Avropa ölkələrindən Suriyada terrorçu qruplara qoşulmuş şəxslərin (onların arasında kifayət qədər Almaniya və Avstriya vətəndaşları da var) ailə üzvlərinin öz ölkələrinə geri dönməsində bir çox Avropa ölkələri maraqlı deyil. Onlar bununla da həmin ailələrdəki qadın və uşaqları heç bir reabilitasiya proqramına cəlb etmədən radikallaşdırırlar.
Hazırda Suriyanın şimal-şərqində yerləşən bu düşərgədə 70 min qaçqın yaşayır.
banner

Oxşar Xəbərlər