• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

Suriyada növbəti azərbaycanlı öldürüldü

31.01.14 10:56 1218
Suriyada növbəti azərbaycanlı öldürüldü
APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Muhammed” kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Şam bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
banner

Oxşar Xəbərlər