• cümə, 26 Aprel, 21:31
  • Baku Bakı 22°C

Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub

19.08.18 16:46 587
Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub
İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığındakı Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını ələ keçirmək üçün ABŞ əsgərlərinə hücum ediblər.
AZƏRTACTürkiyə KİV-lərinə istinadla xəbər verir ki, terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər.
Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.
Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.
banner

Oxşar Xəbərlər