• şənbə, 27 Aprel, 08:04
  • Baku Bakı 12°C

Suriyada Əsədi dəstəkləyən ermənilərə divan tutdular

23.01.14 16:58 1171
Suriyada Əsədi dəstəkləyən ermənilərə divan tutdular
Suriyada radikal islamçı "ƏL-Nusrə" qrupu Məəlul şəhərində katolik kilsəsinin arxiepiskopunu girov götürüblər. Onlar qeyri-müsəlman sakinlərin islamı qəbul etməsini tələb edirlər. Əvvəllər də erməni və digər xristian ailələrin islamı qəbul etməsi ilə bağlı zorakılıq faktları qeydə alınıb.
Melk kilsəsinin patriarxı Qriqoriy 3-cü Laham deyib ki, son günlərdə orada xristian olduqlarını bəyan edən insanlar güllələniblər. Nəticədə 215 nəfər öldürülüb. O, haqqında söhbət gedən 215 nəfərin din uğrunda mübarizlər kimi müqəddəs elan olunmasına çağırır. Öldürülənlərin əksəriyyətinin erməni əsilli suriyalı olduğu bildirilir. Patriarx hesab edir ki, erməni arxiepiskopların oğurlanması və öldürülməsi onların hökumətinin Bəşər Əsəd rejimini tanıması və hökumət qüvvələrini dəstəkləməsinə görə baş verir. APA TV-nin xəbərinə görə, o, "Burda dini etiqad məsələsi də var. Mücahidlər erməniləri kompakt yaşadığı ərazilərdə islamı qəbul etməyə məcbur edirlər"- deyə, bildirib.
banner

Oxşar Xəbərlər