• çərşənbə axşamı, 23 aprel, 20:31
  • Baku Bakı 20°C

Suriyada döyüşlərdə iki Qax sakini öldürülüb

10.04.14 14:09 1196
Suriyada döyüşlərdə iki Qax sakini öldürülüb
Qaydasız döyüş üzrə idman ustası olan döyüşçülərdən birinin həyat yoldaşı və üç uşağı da Suriyadadır
Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. APA-nın məlumatına görə, onların hər ikisi Qax rayon sakinidir.
Öldürülən döyüşçülərdən biri “Cundullah Azəri” ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Onun fotosu da yayılıb. “Cundullah Azəri” qaydasız döyüş üzrə idman ustası olub.
APA-nın apardığı araşdırma nəticəsində onların hər ikisinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri – 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur.
İdmançı kimi tanınan İ. Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ. Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ. Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
banner

Oxşar Xəbərlər