• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Suriyada atəşkəs rejimi qüvvəyə minib

12.09.16 09:37 732
Suriyada atəşkəs rejimi qüvvəyə minib
Bu gecə Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, Qurban bayramı ilə əlaqədar elan edilən48-saatlıq atəşkəs rejiminin uzadılacağı gözlənilir.

Sentyabrın 10-da ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən sentyabrın 12-si, saat 00:00-dan etibarənSuriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir. Razılaşma İsveçrənin Cenevrə şəhərindəRusiya xarici işlər naziriSergey Lavrovvə ABŞ dövlət katibi Con Kerrinin arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.
banner

Oxşar Xəbərlər