• çərşənbə axşamı, 23 aprel, 18:07
  • Baku Bakı 20°C

Suriya XİN Türkiyənin Afrindəki əməliyyatını pisləyib

21.01.18 09:50 471
Suriya XİN Türkiyənin Afrindəki əməliyyatını pisləyib
"SuriyaƏrəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədəSuriyaXİN-in bəyanatında bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsindəPYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Əməliyyat çərçivəsində Türkiyə Hərbi-HavaQüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.
banner

Oxşar Xəbərlər