• cümə, 26 Aprel, 13:11
  • Baku Bakı 23°C

Suriya: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq

18.01.18 17:16 627
Suriya: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq
Suriyahökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib.

APA-nın xəbərinə görə,Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə,Suriyahavahücumundan müdafiə sistemi türk təyyarələrini yox etməyə hazırdır", - deyə o söyləyib.

Xatırladaq ki, Türkiyə terror təşkilatı saydığı PYD-YPG-nin Afrindəki qüvvələrini zərərsizləşdirmək üçün hərbi əməliyyata hazırlaşır. Bu məsələni Rusiya ilə müzakirə etmək üçün Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan Moskvaya gediblər.
banner

Oxşar Xəbərlər