• cümə, 26 Aprel, 05:11
  • Baku Bakı 16°C

Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib

17.04.18 09:15 561
Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib
Aprelin 17-ə keçən gecəSuriyanın Hüms əyalətindəki "Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,Suriyanınhavadan müdafiə sistemləri "Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.

"Al Masdar” portalının məlumatına əsasən, zərbələrSuriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-HavaQüvvələrinin təyyarələritərəfindən endirilib. Məlumat rəsmi olaraqSuriyahökuməti tərəfindən təsdiqlənməyib.

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.

"Al-Masdar”-ın digər məlumatına əsasən,Suriyahavadan müdafiə sistemləri ölkəninhavaməkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətiSuriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.
banner

Oxşar Xəbərlər