Suriya ordusu Afrinə daxil olacaq
PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG vəSuriyaprezidentiBəşər Əsədarasında Afrinlə bağlı razılaşma əldə edilib.
APA-nın məlumatına görə,SuriyaDövlət TeleviziyasıBəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrinə daxil olacağı barədə xəbər yayıb.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif AzadSuriyaOrdusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.