• cümə, 29 Mart, 18:34
  • Baku Bakı 14°C

Suriya müxalifətinin nümayəndələri Astanaya gedib

22.01.17 10:30 762
Suriya müxalifətinin nümayəndələri Astanaya gedib
Suriyamüxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün Astanaya gedib.APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib. Onun sözlərinə görə, yaxın zamandaSuriyahökumətinin nümayəndə heyətinin Astanaya səfəri gözlənilir.
Qeyd edək ki,Suriyanizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.
İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir.BMT-nin xüsusi elçisi Staffan de Mistura daSuriyaüzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.
banner

Oxşar Xəbərlər