• cümə axşamı, 25 aprel, 03:58
  • Baku Bakı 19°C

Suriya Konstitusiya Komitəsinin formalaşdırılması müzakirə edilib

23.10.18 10:15 352
Suriya Konstitusiya Komitəsinin formalaşdırılması müzakirə edilib
ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılması məsələsində irəliləyişləri müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir: "Dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə danışıb və xüsusi elçinin nail olduğu Konstitusiya Komitəsinin çağırılması məsələsində irəliləyişləri müzakirə edib".
Qeyd edək ki, Konstitusiya Komitəsinin yaradılması barədə qərar yanvarın 31-i Soçi şəhərindən keçirilmiş Suriya Milli Dialoq Konqresi zamanı qəbul edilib. Konstitusiya Komitəsi respublika konstitusiyasına düzəlişlərin edilməsi üzrə tövsiyələr hazırlayacaq. S. de Mistura oktyabrın 24-ü Dəməşqə səfər edəcək və respublika rəhbərliyi ilə bu komitənin formalaşdırılması prosesni müzakirə edəcək
Xatırladaq ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.
banner

Oxşar Xəbərlər