• cümə axşamı, 25 aprel, 06:06
  • Baku Bakı 14°C

Suriya ilə bağlı qətnamə bu gün BMT TŞ-də səsverməyə çıxarılır

27.09.13 09:16 1142
Suriya ilə bağlı qətnamə bu gün BMT TŞ-də səsverməyə çıxarılır
Bu barədə APA “Röyters”ə istinadən xəbər verir. Sənədin qəbul ediləcəyi gözlənilir.
Bundan əvvəl verilən xəbərə görə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri qətnamə layihəsini razılaşdırmağa müvəffəq olublar.
Rusiya XİN rəhbərinin sözlərinə görə, qətnamə layihəsi Suriyaya qarşı dərhal tədbirlərin görülməsini nəzərdə tutmur. S.Lavrov qeyd edib ki, sənəd Dəməşqin kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı əldə olunan razılaşmanı dəstəkləyir. Münaqişənin hər hansı bir tərəfinin pozuntuya yol verəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının yenidən çağırılması nəzərdə tutulur.
Qətnamənin yekun variantı təsdiqlənənədək Lavrov və Kerri arasında bir neçə görüş keçirilmişdir.
banner

Oxşar Xəbərlər