• cümə, 26 Aprel, 16:18
  • Baku Bakı 23°C

Suraxanıda 3 otaqlı mənzil külə dönüb

10.08.19 10:00 4308
Suraxanıda 3 otaqlı mənzil külə dönüb
Bakı şəhərində 5 mərtəbəli yaşayış binasında mənzil yanıb. Trend-ə FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər