• cümə, 29 Mart, 14:57
  • Baku Bakı 14°C

Şuranın dəstəyi ilə teatr sənətinin inkişafına töhfə – Layihə

01.05.19 13:08 606
Şuranın dəstəyi ilə teatr sənətinin inkişafına töhfə – Layihə
"İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsinin icrasına başlayıb.
İB-dən Azadinform-a verilən məlumata görə, layihənin əsas mahiyyəti qədim tarixə və zəngin təcrübəyə malik teatr sənətinin müasir problemlərinin öyrənilməsi, çıxış yollarının axtarıb tapılması, tamaşaçı-aktyor münasibətlərinin virtual deyil, real müstəviyə keçidinin təmin edilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi üçün teatrlara kömək göstərilməsindən ibarətdir.
Layihənin məqsədi vətəndaşlarımızı – uşaqları, məktəbliləri, idarə və müəssisələrdə çalışan kollektivləri könüllü olaraq teatrla getmələrini təbliğ etmək, onların arasında təbliğat işi aparmaq, teatrları isə tamaşaçıların zövqünə uyğun tamaşalar hazırlamağa, bu sahədə işlərini günün tələblərinə uyğunlaşdırmağa təşviq etməkdir.
Layihə çərçivəsində uşaq bağçaları, məktəblilər, idarə və müəssisələrdə (özəl və dövlət) çalışan kollektivlər arasında maarifləndirmə işi aparılacaq, teatrların internetlə və sosial mediada PR işinə dəstək göstəriləcək, tamaşa haqqında reklam xarakterli qısa video-çarxların hazırlanması ideyası aşılanacaq, rejissorların və aktyorların iştirakı ilə yeni tamaşaların həm radio, həm də TV-lərdə müzakirəsi təşkilinə yardım göstəriləcək, teatrlar tamaşaçıları teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun addımlar atmağa (sosial şəbəkələrdə - ''Facebook", ''İnstaqram" səhifələrində, teatrların rəsmi saytlarında davamlı olaraq tamaşalar barədə anonslar, şəkillər, videolar, maraqlı məlumatlar paylaşmaq, televiziyalarla, qəzet və jurnallarla, saytlarla sıx əməkdaşlıq etmək, tamaşaların premyeralarında media nümayəndələrinin iştirakını təmin etmək və s) təşviq ediləcək.
Dörd ay davam edəcək layihə çərçivəsində teatrların ictimaiyyətlə əlaqələrə rəhbərlik edən şəxslərinə PR işinin ustalıqları öyrədiləcək, rejissorların və aktyorların iştirakı ilə yeni tamaşaların həm radio, həm də TV-lərdə müzakirəsi (4 efir vaxtı, hər biri 30 dəqiqə) təşkil olunacaq, "Kaspi" qəzetində "Teatr" əlavəsi hazırlanacaq.
banner

Oxşar Xəbərlər