AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi

“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi

Cəmiyyət
01 Dekabr 2020, 20:30 225
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında
Əsasnamə təsdiq edilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilib.
Təltif edilən şəxslər
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Təltif edən orqan
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Taxılma qaydası
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır.