• cümə, 19 Aprel, 17:35
  • Baku Bakı 25°C

Superkubok “Xəzər Lənkəran”ın oldu

23.10.13 15:18 1389
Superkubok “Xəzər Lənkəran”ın oldu
Oktyabrın 23-də 18 illik fasilədən sonra Azərbaycan Super Kuboku uğrunda görüş keçirilib. Lent.az-ın məlumatına görə, İbrahim Axundlu adına Naxçıvan şəhər stadionunda “Xəzər Lənkəran” və “Neftçi” üz-üzə gəlib.
10 minədək tamaşaçının izlədiyi görüş “Xəzər Lənkəran”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandadan qolları Mbilla Etame və Rasim Ramaldanov vurub. “Ağ-qaralar”dan isə Karlos Kardoso fərqlənib. 65-ci dəqiqədə “Xəzər Lənkəran” 1:0 hesabı ilə öndə olduğu vaxt azlıqda qalıb. Baş hakim Rəhim Həsənov Sadio Tounkaraya qırmızı vərəqə göstərib.
Bundan sonra “Neftçi” bərabərlik qolunu vurub. “Xəzər Lənkəran” isə azlıqda qalmasına baxmayaraq, 89-cu dəqiqədə Ramaldanovun qolu ilə qələbəyə nail olub.
banner

Oxşar Xəbərlər