Super Mario qərar verdi
Mario Balotelli növbəti mövsümlə bağlı qərarını verib.
Kaspi.az xəbər verir ki, Balotelli növbəti mövsümü də "Nitsa”da
keçirəcək. O, ən azı bir il də Fransa klubunda çıxış etməyi planlaşdırır.
Məlumata görə, Mario iyunun 20-də yeni müqaviləyə qol çəkəcək. Onun
qüvvədə olan müqaviləsi iyunun 30-da başa çatırdı.
Balotelli "Nitsa”da ötən yaydan çıxış edir. O, "Nitsa”nın bu klubun
heyətində bütün turnirlərdə 28 oyun keçirib, 17 qol vurub. "Nitsa” yeni
mövsümdə Çempionlar Liqasında çıxış edəcək.