Süni yumurta satışı iddiaları əsassız çıxdı - Fotolar
Araz
Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daima satışda olan
məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların
dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir. Bununla
bərabər müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa bu məsələlər
aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazimi addımlar atılır.
Araz Supermarketlər şəbəkəsində satılan kənd təsərrüfatı
məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların
daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.
Sosial şəbəkələrdə yayılan görüntülər əsassızdır
Son günlər sosial mediada və mətbuatda yayılan süni
yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi
açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi.
Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi
profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu
iddia edərək video və foto görüntü yaymışdır. Bəzi media orqanlarında ATV kanalının
əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi
açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirildi.
Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin
keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparmış,
supermarketlərdən götürülən nümunələr yoxlanılmışdır. Lakin qeyd olunan şikayət
öz təsdiqini tapmamışdır. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı
qurumlara təqdim olunması üçün nümunə istənilmiş, lakin müştəri nümunə verməyəcəyini
bildirmişdir. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də
qablaşdırmada olduğu kimi qaldığını söylədi. Video görüntüdən də göründüyü kimi
süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardır. Bu
da bir daha iddianın əsassız olmasınısübut edir.
Araz Supermarketlər Şəbəkəsində satılan bütün məhslların
keyfiyyətinə nəzarət olunur
Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində
istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət
orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim
olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq
sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz
Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu
yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən
alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq
sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış
gigyenik sertifikatı vardır.
Yumurtaların saxlanılması ilə bağlı tövsiyyəmiz
Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət
şöbəsindən verilən məlumata görə marketdə satılan yumurtalar hər gün müəyyən qədər
paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi
nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə
deyil açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində
keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir.
Buna görə də müştərilərimizə tövsiyyə edirik ki, bu kimi halların yaşanmaması
üçün məhsulların saxlanma qaydasına diqqət etsinlər.
Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən
xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012 924 zəng
edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan
Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün
sualları cavablandırmağa hazırdır.