• cümə axşamı, 25 aprel, 21:19
  • Baku Bakı 21°C

Süni intellektin geniş tətbiqi maliyyə dünyasını dəyişdirəcək

18.08.18 16:45 568
Süni intellektin geniş tətbiqi maliyyə dünyasını dəyişdirəcək
Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək.
AZƏRTAC"hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, bu barədə onlarla maliyyəçi və sahə liderlərinin iştirakı ilə tərtib edilmiş hesabatda deyilir.
Hesabatda bildirilir ki, süni intellekt istehlakçılara fayda verir: o, investisiya və başqa xidmətləri avtomatlaşdırır, həmçinin bəzi mürəkkəb məhsul və alətlərdən istifadəni asanlaşdırır. Eyni zamanda, yüksək texnologiyalar süni intellekt alqoritmini ilk dəfə tətbiq edən bazar oyunçularına rəqiblərini geridə qoymağa imkan verməklə bazardakı balansı poza bilər. Digər təhlükə isə kibertəhlükəsizlik məsələsidir.
banner

Oxşar Xəbərlər