• cümə axşamı, 18 aprel, 08:51
  • Baku Bakı 12°C

Sumqayıtın polis rəisinin müavini istefa ərizəsi yazdı

21.11.13 11:22 1272
Sumqayıtın polis rəisinin müavini istefa ərizəsi yazdı
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, idarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirov Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib. Rəis müavinin işdən azad olunmasını istəməsinin səbəbi açıqlanmır.
Qeyd edək ki, A. Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.
A. Cahangirov 2009-cu ildən Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.
banner

Oxşar Xəbərlər