• çərşənbə, 08 May, 04:18
  • Baku Bakı 13°C

Sumqayıtda yaşayış binasında yanğın - 30 sakin təxliyə olundu

03.04.17 11:15 1125
Sumqayıtda yaşayış binasında yanğın - 30 sakin təxliyə olundu
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər