• cümə axşamı, 25 aprel, 11:35
  • Baku Bakı 14°C

Sumqayıtda yanan ticarət mərkəzi: faciə dalınca faciə

29.10.13 15:26 1192
Sumqayıtda yanan ticarət mərkəzi: faciə dalınca faciə
"Karvan"da bədbəxt hadisə baş verib. Sakinlərin "Xəbərlə"yə verdiyi məlumata görə, əksər hissəsi yanmış ticarət mərkəzində söküntü işləri aparılarkən "Karvan"ın bir hissəsində uçqun baş verib və 1 nəfər dünyasını dəyişib, 2-3 nəfərin isə xəsarət aldığı söylənilirdi.
Milli.Az Xeberle.com-a istinadən bildirir ki, orada işləyən fəhlələr təhlükəsizlik şərtlərinə əməl etmədən çalışırlar, yəni əyinlərində təhlükəsizlik üçün geyim dəstləri yoxdur. Nəzərinizə çatdıraq ki, hazırda sözügedən hadisənin baş verdiyi məkan qapadılıb və hüquq-mühafizə orqanlarının əmkdaşları tərəfindən təhqiqat aparılır.
Təxminən 1 saat əvvəl məsələ ilə bağlı Sumqayıt Şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlamışdıq. Oradan bizə bildirmişdilər ki, hadisə nəticəsində bir nəfər ciddi xəsarət alıb, vəziyyəti ağırdır, hazırda reanimasiya şöbəsindədir. Ölüm hadisəsiylə bağlı isə xəbərsizdirlər.
Bu dəqiqələrdə bir daha xəstəxanının qəbul şöbəsi ilə əlaqə saxladıqdan sonra məlum olub ki, həmin reanimasiyada olan şəxs artıq dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər