• cümə axşamı, 28 mart, 23:02
  • Baku Bakı 13°C

Sumqayıtda Milli Qəhrəman Bəhruz Mansurova həsr olunmuş film təqdim edilib

29.11.19 09:15 852
Sumqayıtda Milli Qəhrəman Bəhruz Mansurova həsr olunmuş film təqdim edilib
Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş filmin təqdimatı keçirilib. Tədbir Mədəni İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

"Qısa ömrün uzun yolu” sənədli-bədii filmi "Bay Film” studiyası tərəfindən lentə alınıb. Film 1995-ci ilin mart hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəmanoğlunun əziz xatirəsinə həsr edilib.

Filmin təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Tərlan Hacızadə, yazıçı, publisist Hafiz İmamnəzərli, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov çıxış edərək belə əsərlərin gənclərin mənəvi tərbiyəsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sonra filmin prodüseri Gəray Əlibəyov, ssenari müəllifi Vaqif Rəsuloğlu, quruluşçu rejissoru Sevindik Rəsulov çıxış edərək yaradıcı proses haqqında məlumat veriblər.

Daha sonra çıxış edən Milli Qəhrəmanın qardaşı, polkovnik Bəhrəm Mansurov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və qonaqlara ailəsi adından təşəkkür edib, belə təbliğat kampaniyalarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir filmin nümayişi ilə davam edib.





banner

Oxşar Xəbərlər