• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Sumqayıtda fəhlə məktəbin damından yıxılaraq ölüb

21.08.17 10:57 1833
Sumqayıtda fəhlə məktəbin damından yıxılaraq ölüb
Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparanLerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər