• cümə axşamı, 25 aprel, 14:13
  • Baku Bakı 23°C

Sumqayıtda ev yanıb, bir nəfər xilas olunub

10.02.17 10:45 1111
Sumqayıtda ev yanıb, bir nəfər xilas olunub
Bu gecə Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər