AZE | RUS | ENG |

Sumqayıtda avtobusla yük maşını toqquşub, 2 nəfər ölüb, 15 yaralı var

Sumqayıtda avtobusla yük maşını toqquşub, 2 nəfər ölüb, 15 yaralı var
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Qəzada ölən və yaralananların ilkin siyahısı:
Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü
Rzayeva Raisa Dmitri qızı, 1955
Rzayeva İlona Rauf qızı, 1980
Tarfanov İqor Aleksandroviç, 1962
İsmayılova Tamara Hacışaban qızı,
Zapalovnaya Yevgeniya Mixail qızı, 1940
Rzayeva Rəna Dmitri qızı, 1951
Məmmədova Elvira İvan qızı, 1967
Həşimova Sabina Kərim qızı, 1968
Rodina Jakka Anatoli, 1966
Kuranika Viktoriya Oleq qızı,1988
Məmmədova Lüdmila Andrey qızı, 1947
Buqlova Varvara Jilijou, 1945




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195