• cümə, 29 Mart, 08:58
  • Baku Bakı 5°C

Sumqayıtda ağır yol qəzası

12.09.13 13:51 1524
Sumqayıtda ağır yol qəzası
Sumqayıtda ağır yol qəzası baş verib. Milli.Az Xeberle.com saytına istinadən xəbər verir ki, Sumqayıt şəhər Səməd Vurğun küçəsində baş vermiş qəza hadisəsində 02 BX 265 nömrə nişanlı "OKA" markalı avtomobillə 90 RD 693 nömrə nişanlı "Hundai Sonata" markalı maşın toquşub.
Nəticədə, OKA avtomobili yararsız vəziyyətə düşüb, maşının sərnişinləri Sərxan Quliyev və Nəcəf Qədəşov ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər