
Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Cəmiyyət
23 Fevral 2021, 13:00
197
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.
Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
APA-nın yeli bürosunun məlumatına görə, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Sumqayıt şəhərinin müxtəlif küçə
və prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.
Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
Digər xəbərlər