• cümə axşamı, 25 aprel, 18:16
  • Baku Bakı 21°C

Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir

29.05.18 11:41 863
Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir
Bakıda Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas” sərgisi başlayıb.

Sumqayıt Texnologiyalar Parkı MMC (STP) də 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir.

İyunun 1-nə qədər davam edəcək sərgidə STP öz geniş çeşidli portfelini nümayiş etdirir.

Belə ki, sərgidə STP 90 kv.m-ə yaxın sahədə məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırladır, yeni biznes əlaqələri və təcrübə imkanları qurmağa imkanı yaradır.

Sərgidə ziyarətçilərə və iştirakçılara stenddə quraşdırılmış monitorlar vasitəsilə texnoparkın tərkibində fəaliyyət göstərən 12 zavod və 30-dan artıq istehsal sahəsində ən son texnologiyaların tətbiqi ilə neft-qaz sektoru üçün istehsal olunan məhsullar və xidmətlər haqqında videoçarx təqdim edilir.

Onu da qeyd edək ki, ziyarətçilər STP-nin məhsulları ilə tanış olmaqla yanaşı, istehsalat barədə müxtəlif təşviqat materialları da əldə edir. Həmçinin, təşkil olunan müsabiqələrdə iştirak edərək, müxtəlif hədiyyələr qazana bilirlər.
banner

Oxşar Xəbərlər