• şənbə, 20 Aprel, 19:14
  • Baku Bakı 24°C

Sumqayıt Səhiyyə İdarəsi: Ana doğuşdan sonra qanaxmadan ölüb

14.07.17 11:13 1015
Sumqayıt Səhiyyə İdarəsi: Ana doğuşdan sonra qanaxmadan ölüb
Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin müdiri Nəriman BaxşəliyevAPA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: "Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.
banner

Oxşar Xəbərlər