• cümə axşamı, 25 aprel, 14:16
  • Baku Bakı 23°C

Sumqayıt sakinini döyərək silahla hədələyən şəxslər tutulub

12.09.17 14:10 1599
Sumqayıt sakinini döyərək silahla hədələyən şəxslər tutulub
Sumqayıt sakinini döyərək silahla hədələyən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.
banner

Oxşar Xəbərlər