• çərşənbə axşamı, 23 aprel, 20:58
  • Baku Bakı 20°C

Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsal ediləcək

30.11.17 19:30 2778
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsal ediləcək
"Tabaterra” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 13-ə çatıb.
Sənaye Parkının ərazisində "Tabaterra” QSC beynəlxalq standartlara cavab verən siqaret istehsalını həyata keçirəcək. Şirkət tərəfindən ildə 7 milyard ədəd filterli siqaret istehsal edəcək müəssisə inşa olunacaq. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə xaricdən gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Parkda rezidentlərin qeydiyyatı "bir pəncərə” sistemi ilə həyata keçirilir.
Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər